“Sabah” ilk matçında məğlub oldu
FİBA Avropa Kubokunun müntəzəm çempionatına start verilib. Təmsilçimiz “Sabah” bu gün ilk görüşünə çıxıb.
Komandamız Monteneqronun “Mornar” klubunun qonağı olub. “Bayquşlar” ilk 2 periodda öndə olsalar da, sonda uduzublar – 75:80.
“Sabah”ın qrup mərhələsindəki növbəti rəqibi Türkiyə “Baxçaşəhər”i olacaq. Qarşılaşma 25 oktyabrda Bakıda keçiriləcək.