“Sabah” ilk dövrəni lider tamamladı
Azərbaycan Premyer Liqasında ilk dövrəyə yekun vurulub. İlin son matçı Sumqayıtda keçirilib.
Şəhərin eyniadlı komandası lider “Sabah”ı qəbul edib. Görüş qonaqların üstünlüyü ilə keçib. Velko Simiç hesabı açıb. O, ikinci yarıda dublunu rəsmiləşdirib. Çox keçmədən Keffel Resende avtoqol müəllifi olub. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb – 1:3.
Qeyd edək ki, bununla da, “Sabah” ilk dövrəni lider tamamlayıb.













