“Sabah” “Elan Şalon”la bacarmadı

“Sabah” “Elan Şalon”la bacarmadı

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb. Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəlib.

Oyun qonaqların 89:87 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. “Sabah” həmçinin Çexiyanın “Nimburk” (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına da məğlub olub.

ETOPAZ

Əvvəlki yazı

“Abşeron Lions” səfərdən məğlub ayrıldı

Növbəti yazı

Şafranko əməliyyat olundu