“Sabah” darmadağınla növbəti mərhələdə

“Sabah” darmadağınla növbəti mərhələdə

Azərbaycan kubokunda 1/4 final mərhələsi davam edir. Bu gün daha bir matç keçirilib.

“Sumqayıt” “Sabah”ı qəbul edib. Görüş qonaqların üstünlüyü ilə keçib. İlk yarıda hesab açılmayıb.

Lakin “bayquşlar” ikinci hissədə 4 qol vurublar. Öncə Anatoli Nuriyev fərqlənib. Ardınca Xəyal Əliyev və Coy Lens Mikels adlarını tabloya yazdırıblar. Oyunda son nöqtəni isə Amin Seydiyev qoyub – 4:0.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” yarımfinalda

Növbəti yazı

“Ordu” və “Gəncə”dən qələbə