“Sabah” baş məşqçisi ilə yollarını ayırdı
“Sabah” klubu baş məşqçi Krunoslav Renduliçlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, komanda Misli Premyer Liqasının turnir cədvəlində 19 xalla 5-ci yerdə qərarlaşıb. Bakı klubu XIV turda “Turan Tovuz”la heç-heçə edib – 1:1.