“Sabah” Azərbaycan kubokunu qazandı
Azərbaycan kubokunun final oyunu keçirlib. Həlledici qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
“Qarabağ” titulunu qorumaq üçün mübarizədə “Sabah”la üz-üzə gəlib. Görüşün ilk yarısında Pavol Şafranko hesabı açıb. Ağdam təmsilçisi Kadi Borqesin qolu ilə tarazlıq yaradıb.
İkinci hissədə Con İrasabalın avtoqolu “Qarabağ”a üstünlük qazandırıb. “Sabah” əsas vaxta artırılan dəqiqələrdə məğlubiyyətdən qaçıb. Kahim Parris fərqlənib – 2:2.
Görüşün taleyi əlavə vaxtda həll olunub. 120-ci dəqiqədə qol vuran Tellur Mütəllimov “Sabah”a tarixinin ilk titulunu qazandırıb – 3:2.