“Sabah” Avropa Liqasında, “Zirə” Konfrans Liqasında
Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların tam siyahısı dəqiqləşib. Bu, ölkə kubokunun final matçından sonra müəyyənləşib.
“Qarabağ”a 3:2 hesabı ilə qalib gələn “Sabah” Avropa Liqasına vəsiqə əldə edib. “Zirə”nin Konfrans Liqasında oynayacağı da dəqiqləşib.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında, “Araz-Naxçıvan” Konfrans Liqasında mübarizə aparacaq.