“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib. Azərbaycan kubokunun sahibi Sloveniyada “Selye” ilə üz-üzə gəlib.
İlk matçda 2:3 hesabı ilə məğlub olan Bakı təmsilçi mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı idi. Hesabı açan “Sabah” məğlub vəziyyətə düşsə də, Coy Lens Mikelsin uğurlu oyunu sayəsində nəticəni öz xeyrinə dəyişə bilib. İki dəqiqəyə iki qol vuran futbolçu “Sabah”ı hesabda önə keçirib. 90 dəqiqənin yekununda 3:2 hesabı qeydə alındığından əlavə vaxt təyin olunub. Bu zaman daha yaxşı oynayan “Selye” həlledici qolu vuraraq mərhələ adlayıb.
“Sabah” mübarizəni Konfrans Liqasında davam etdirəcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
22:00. “Selye” (Sloveniya) – “Sabah” (Azərbaycan) – 2:3, ə.v. 1:0
Qollar: Franko Kovaçeviç, 18 (p.). Damyan Vuklişeviç, 49. Nikita İosifov, 108 – Coy Lens Mikels, 9; 63; 64
Baş hakim: Draqomir Draqanov (Bolqarıstan)












