“Sabah” avrokuboklarla vidalaşdı
UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları keçirilir. Bu gün “Sabah” meydana çıxıb.
Təmsilçimiz “Levski”ni qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Matçda iki qol vuran qonaqlar qalib gəlib. İki oyunun nəticəsinə görə “Levski” 3:0 hesabı ilə mərhələ adlayan tərəf olub.












