“Sabah” avrokuboklarda
Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulub. Turun son matçında “Sabah” “Qəbələ”ni qəbul edib.
Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Hesab 9-cu dəqiqədə açılıb. İlkin Qırtımov avtoqol müəllifi olub – 1:0. 12 dəqiqə sonra Ülvi İsgəndərov hesabı bərabərləşdirib. Çox keçmədən “qırmızı-qaralar” Feras Abu Akalla önə keçib. “Sabah”ın buna cavabı yalnız matçın sonlarında gəlib. “Bayquşlar”ın heyətində öncə Coy Lens Mikels, ardınca Aleksey Kaşuk fərqlənib – 3:2.
Beləliklə, 3:2 hesablı qələbə qazanan “Sabah” avrokuboklara vəsiqəni təmin etdi.