“Sabah” “200”ə çatdı
“Sabah” Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində öz meydanında “Zirə”ni 3:0 hesabı ilə məğlub edib. Bu qarşılaşma ev sahibləri üçün əlamətdar olub.
Komandanın ilk qolunu vuran Aaron Maluda klub tarixinə adını yazdırıb. O, “Sabah”ın bütün turnirlərdə vurduğu 400-cü qolun müəllifi olub.
19 yaşlı fransalı vinger həmçinin Premyer Liqa klubunun heyətindəki ilk qol sevincini bu oyunda yaşayıb.












