Səudiyyə Ərəbistanında qeyri-iş günü elan olundu
Noyabrın 23-ü tarixi Səudiyyə Ərəbistanında qeyri-iş günü elan olunub. Bu barədə qərarı ölkənin kralı Salman ibn Abdul-Aziz Əl-Səud verib.
Belə addım atılmasına DÇ-2022-nin Argentina ilə oyunundakı 2:1 hesablı qələbə səbəb olub. Çempionatın favoritlərindən biri üzərində qələbəyə görə dövlət işçiləri, iqtisadiyyatın özəl sektoru, məktəbli və tələbələr üçün istirahət günü verilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünya çempionatları tarixində final mərhələsində 4-cü dəfə qalib gəlib.