Səudiyyə Ərəbistanı klubları Çempionlar Liqasında olmayacaq
Səudiyyə Ərəbistanı klublarının UEFA Çempionlar Liqasında oynayacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Bunu UEFA açıqlayıb.
Avropa futbol qurumu bütün bu ehtimalları təkzib edib. UEFA-dan bildirilib ki, Səudiyyə Ərəbistanından belə bir təklif alınmayıb və müzakirəyə çıxarılmayıb. UEFA belə bir razılaşmanın Asiya Futbol Konfederasiyası ilə münasibətlərə də mənfi təsir etmək ehtimalından ehtiyatlanır.