Şərqdə pley-in cütləri
NBA-da Şərq konfransında pley-in cütləri dəqiqləşib. Pley-offa iki vəsiqə üçün 4 komanda mübarizə aparacaq.
7-ci olan “Mayami” 8-ci sıradakı “Atlanta” ilə görüşəcək. 9-cu olan “Toronto”nun rəqibi isə “onluğ”u qapayan “Çikaqo” olacaq.
“Mayami” – “Atlanta” cütünün qalibi pley-offa qatılacaq. Bu dueldə uduzan komanda isə digər cütün qalibi ilə son vəsiqə üçün mübarizə aparacaq.