Şərq Konfransının pley-in iştirakçıları müəyyənləşdi

Şərq Konfransının pley-in iştirakçıları müəyyənləşdi

Şərq Konfransında pley-in oyunlarının iştirakçıları müəyyənləşib. “Bruklin” “İndiana” üzərində qələbə (134:126) sayəsində yeddinci pillədəki yerini qoruyub.

“Miluoki”ni məğlub edən (133:115) və səkkizinci yerdə qalan “Klivlend” “Bruklin”ə rəqib olub. Bu cütün qalibi pley-offa çıxacaq.

“Atlanta” və “Şarlot” müntəzəm mövsümün son oyunlarını da qələbə ilə bitirdilər. Onlar müvafiq olaraq doqquzuncu və onuncu yerləri tutdular. Komandalar pley-inin ilk mərhələsində bir-biri ilə qarşılaşacaqlar.

Qərb Konfransında pley-in cütləri daha əvvəl müəyyənləşib. “Minnesota” (7) “Klippers”lə (8), “Nyu Orlean” (9) isə “San Antonio” (10) ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Günün kuponu – 11.04.2022

Növbəti yazı

Bençiç Çarlston turnirinin qalibi oldu