“Sərhədçi”dən əzmkar qələbə

“Sərhədçi”dən əzmkar qələbə

Azərbaycan Basketbol Liqasında II turun oyunları keçirilir. “Sərhədçi” doğma meydanda “Lənkəran”ı 84:70 (18:20, 14:14, 24:17, 28:19) hesabı ilə məğlub edib .

“Sərhədçi” İdman Kompleksində keçirilən matçda ən məhsuldar oyunçu Hari Brodvey olub. O, qarşılaşmada 20 xal toplayıb.

Qeyd edək ki, bu gün turun digər oyunu “Naxçıvan”la “Sumqayıt” arasında baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Millimiz məğlub oldu

Növbəti yazı

Ayxan Abbasov: “Bu, bizi çəkindirmir”