“Sərhədçi” və “Naxçıvan”dan qələbə

“Sərhədçi” və “Naxçıvan”dan qələbə

Azərbaycan Basketbol Liqasında XV tur davam edir. Bu gün A qrupunda turun son iki matçı keçirilib.

Hər iki qarşılaşma “Sərhədçi” İdman Mərkəzində baş tutги. Öncə NTD ilə “Sərhədçi” üz-üzə gəlib. Tahir Baxşıyevin komandası oyuna yaxşı başlasa da, fasilədən sonra “Sərhədçi” vəziyyəti öz xeyrinə dəyişərək 1 xal fərqi ilə qalib gəlib.

Günə “Naxçıvan”la “Sabah” arasında matçla yekun vurulub. Çempion mövsümdə 4-cü dəfə uduzub. Oyun 85:82 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, turun sabah keçiriləcək son oyununda B qrupunun komandaları “Şəki” və “Lənkəran” üz-üzə gələcək.

Azərbaycan Basketbol Liqası
XV tur, 28 fevral

A qrupu

16:00. NTD – “Sərhədçi” – 83:84 (28:23, 22:20, 16:25, 17:16)
Sərhədçi İM

19:00. “Naxçıvan” – “Sabah” – 85:82 (24:21, 28:20, 20:22, 13:19)
Sərhədçi İM

ETOPAZ

Əvvəlki yazı

Yarımfinal cütləri bəlli oldu

Növbəti yazı

Dadaşov Polşada qol hesabını açdı