Şənol Günəş: “Neftçi” topla yaxşı oynayan texnikalı komandadır”

Şənol Günəş: “Neftçi” topla yaxşı oynayan texnikalı komandadır”

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Neftçi” “Beşiktaş”la qarşılaşacaq. Matçdan öncə komandaların mətbuat konfransı keçirilib.

İstanbulluların çalışdırıcısı Şənöl Günəş jurnalistlərin önünə çıxıb. Sizi onun fikirləri ilə tanış edirik:

“Mövsümə yeni başlamışıq. Getdikcə oyun qrafikimiz sıxlaşacaq. Üç gündən bir oynayacağıq. Hər hansı problemimiz yoxdur. 3:1 hesablı üstünlüyümüz var, amma hələ heç nəyi təmin etməmişik. Matçlar oynamadan qazanılmır. Heyətlə bağlı əlimizdəki futbolçuların durumuna görə qərar verəcəyik. “Neftçi” topla yaxşı oynayan texnikalı komandadır. Öz oyunumuzu oynayıb mərhələni keçmək istəyirik. Omar Kollinin çiynində zədəsi var. Raşid Qezzalın ailəsi qəza keçirib. Buna görə də Fransaya gedib. Ümid edirəm maraqlı matç olar və qələbə qazanaraq növbəti mərhələyə yüksələrik”.

ETOPAZ

Əvvəlki yazı

Murad Musayev: “Biz heç kimdən qorxmuruq”

Növbəti yazı

Superkubokda rekord