“Şəki”dən inamlı qələbə

“Şəki”dən inamlı qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında XX tura start verilib. Müntəzəm çempionatın son turunun ilk günündə bir matç baş tutub

B qrupunun görüşü Lənkəranda keçirilib. Qrupun autsayderi “Lənkəran” lider “Şəki” ilə görüşüb. Meydan sahibləri ilk periodda üstün olsalar da, yekunda 29 xallıq fərqlə uduzublar.

Beləliklə, “Şəki” pley-offa yüksəlib. “Lənkəran” isə mübarizəni pley-ində davam etdirəcək.

Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XX tur
B qrupu
1 aprel
14:00. “Lənkəran” – “Şəki” – 78:107 (23:22, 20:29, 22:32, 13:24)

Lənkəran OİK

ETOPAZ

Əvvəlki yazı

AFFA nümayəndəsinə UEFA-dan təyinat

Növbəti yazı

Millimiz 3 pillə irəlilədi