“Şəki”dən inamlı qələbə
Bu gün Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulub. Son oyun günündə bir matç keçirilib.
Yeganə görüş B qrupunda baş tutub. Liderlik mübarizəsi aparan “Şəki” yarışın autsayderi “Lənkəran”ı sınağa çəkib.
Görüşün taleyi son periodda həll olunub. Qonaqların müqaviməti ilə üzləşən Şəki təmsilçisi 2 xal qazanmağı bacarıb.
Azərbaycan Basketbol Liqası
XV tur
1 mart
14:00. “Şəki” – “Lənkəran” – 81:75 (23:21, 20:11, 15:26, 23:17)
Şəki OİK