“Şəki” və “Gəncə” xal itirmədi

“Şəki” və “Gəncə” xal itirmədi

Bu gün Azərbaycan Basketbol Liqasında XVI tura yekun vurulub. Son oyun günündə 2 matç baş tutub.

Hər iki qarşılaşma B qrupunda keçirilib. Günə liderlərin matçı ilə start verilib. “Şəki” öz meydanında “Ordu”nu qəbul edib. Meydan sahibləri inalı qələbə qazanıblar.

Digər qarşılaşmada “Quba” ilə “Gəncə” görüşüb. Bu matçda qonaqlar qalib gəliblər.

Qeyd edək ki, növbəti turun oyunları martın 7-9-da keçiriləcək.

Azərbaycan Basketbol Liqası
XVI tur
5 mart

B qrupu
14:00. “Şəki” – “Ordu” – 89:74 (20:20, 25:16, 23:21, 21:17)

Şəki OİK

19:00. “Quba” – “Gəncə” – 83:91 (23:16, 11:27, 20:30, 29:18)
Sərhədçi İM

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz”dən ev qələbəsi

Növbəti yazı

”İnter”dən inamlı qələbə