“Şəki” basketbolçusunu geri qaytardı
“Şəki” komandası sabiq basketbolçusu Aleks Koldvelli geri qaytarıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Basketbolçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, o, ötən mövsüm komandanın kapitanlarından və liderlərindən olub. Fevralın sonlarında Koldvell ailəvi problemlərinə görə “Şəki”ni mövsüm başa çatmamış tərk etməli olmuşdu.












