“Şəfa”dan 4 qollu qalibiyyət

“Şəfa”dan 4 qollu qalibiyyət

I Liqanın lideri “Şəfa” təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünə çıxıb.

Paytaxt klubu Bakıda liqanın autsayderi olan “Şimal”ı sınağa çəkib.

Görüş “Şəfa”nın 4:0 hesablı qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Şəfa” qış hazırlığı çərçivəsində “İmişli”yə yarımçıq qalan görüşdə 1:0 qalib gəlmişdi.

Bundan əvvəl Elgiz Kərəmlinin komandası MOİK (2:0) və “Difai” (0:1) ilə də qarşılaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Genk” və “Porto”dan qələbə

Növbəti yazı

Livakoviç “Dinamo”ya qayıtdı