“Şəfa” yenidən 2-ci liqada

“Şəfa” yenidən 2-ci liqada

Azərbaycan çempionatının II Liqasında oynayacaq 14-cü komanda bəlli olub. Buna AFFA və PFL birgə qərar verib.

Qurumlar II Liqada komanda sayının optimallaşdırılması məqsədilə müzakirələri yekunlaşdırıb. Yarışda çıxış edəcək 14-cü komandanın “Şəfa” olması qərara alınıb.

Qeyd edək ki, bu, “İrəvan”ın AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə bütün yarışlardan kənarlaşdırıldığı üçün baş verib. II Liqada 13-cü yerin sahibi olan və pley-offda uduzan “Şəfa” çempionatda saxlanılıb.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycanın bayraqdarları bəlli oldu

Növbəti yazı

Macarıstan Slovakiyanı geridə qoydu