Səfərdə 40-cı

Səfərdə 40-cı

“Kəpəz” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər məğlubiyyətini alıb. Bu, Azərbaycan Premyer Liqasının XXXVI turuna təsadüf edib. Gəncə təmsilçisi “Turan Tovuz”la Qərb derbisində 4 cavabsız qol buraxıb. “Kəpəz” bunadək 39 dəfə rəqib meydanında 3 və ya daha çox top fərqi ilə uduzmuşdu.

İlk belə məğlubiyyət 1995/96 mövsümündə yaşanıb. 1995-ci il sentyabrın 10-da “Qarabağ”la görüşdə 0:3 hesablı yenilgi qeydə alınıb.

“Kəpəz” səfərdəki böyükhesablı nəticə sayında antirekordçudur. “Turan” 36, “Şahdağ” (Qusar) 35, “Qəbələ” 32 belə məğlubiyyət alıb.

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça” çempion oldu

Növbəti yazı

Andradedən 15 qol, “Qarabağ”dan 10-cu uğur