Səfərdə 40-cı qələbə

Səfərdə 40-cı qələbə

“Sabah” Azərbaycan çempionatlarında 40-cı səfər qələbəsini qazanıb. Bakı klubu Azərbaycan Premyer Liqasının XVII turunda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.

Paytaxt təmsilçisi bu yubileyə rəqib meydanlarındakı 97-ci görüşdə nail olub. “Sabah” səfərdə ən azı 40 dəfə qalib gələn 13-cü komandadır.

Qeyd edək ki, “Sabah” ilk uğurunu Premyer Liqadakı debüt matçında əldə edib. 2018-ci il avqustun 12-də “Şamaxı” ilə səfər oyununda 1:0 hesablı qələbə qeydə alınıb.

ETOPAZ

Əvvəlki yazı

Tarixin 13-cüsü

Növbəti yazı

Əliyevin 30-cu qolu