Səbuhi Abdullazadə: “Qarşılaşmadan üzüağ çıxmaq istəyirik”
Azərbaycan millisi sabah növbəti yoxlama matçını keçirəcək. Komandamız Belarusla qarşılaşacaq.
Matçdan öncə yığmamızın futbolçusu Səbuhi Abdullazadə mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Son oyunu uduzmuşuq. Ümid edirəm ki, sabahkı matçda həmin nəticəni unutdurarıq. Qələbə üçün oynayacağıq. Allah qoysa, qazanarıq. Ötən görüşdə ağır nəticə oldu. İstəməzdik ki, belə olsun. Psixoloji cəhətdən hazır olmaq və məşqçinin dediklərini yerinə yetirmək istəyirik. Qarşılaşmadan üzüağ çıxmaq niyyətindəyik”.