“Səbail”in hazırlıq planı müəyyənləşdi
“Səbail”in qış hazırlıq planı bəlli olub. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi mövsümün ikinci yarısının hazırlığına yanvarın 3-də başlayacaq. Təlim-məşq toplanışı “ASCO Arena”da baş tutacaq.
“Səbail” hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcək. Matç yanvarın 11-də baş tutacaq. Görüşün məkanı və saatı hələ dəqiqləşməyib.