“Səbail”in futbolçusu Ruanda millisində
“Səbail”in futbolçusu İnnosent Nşuti Ruanda millisinə dəvət olunub. Hücumçu qarşıdakı iki oyun üçün yığmasına çağırılıb.
Ruanda millisi martın 21-də Nigeriya ilə, 4 gün sonra Lesoto ilə qarşılaşacaq. DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək hər 2 oyun evdə təşkil olunacaq.