“Səbail”in baş məşqçisi bəlli oldu

“Səbail”in baş məşqçisi bəlli oldu

“Səbail”in yeni baş məşqçisi müəyyənləşib. Bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisini Elvin Məmmədov çalışdıracaq. Baş məşqçi vəzifəsinin icrası cari mövsümün sonunadək ona həvalə edilib.

Qeyd edək ki, Məmmədov istefaya göndərilən Cavid Hüseynovun köməkçilərindən biri olub.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”dan 400-cü qol

Növbəti yazı

Abdullah Zubir – 300