“Səbail”dən yeni transfer
“Səbail” qış fasiləsində ilk transferini reallaşdırıb.
Çempionatın birinci dövrəsini “Şahdağ Qusar”da keçirmiş hücumçu Ruslan Voronsovla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Bayıl təmsilçisində 9 nömrəli formanı geyinəcək 30 yaşlı futbolçu cari mövsüm 7 qola imza atıb.












