“Səbail”dən yeni transfer
I Liqa təmsilçisi “Səbail” heyətini legioner futbolçu ilə gücləndirib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
“Dənizçilər” son olaraq Portuqaliyanın “Vilaverdense” klubunda çıxış etmiş Momo Sacko ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 23 yaşlı malili yarımmüdafiəçi 5 nömrəli forma altında çıxış edəcək.













