“Səbail”dən yeni transfer
“Səbail” qış transfer dönəmində növbəti futbolçunun keçidini reallaşdırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Bakı təmsilçisi İnnosent Nşuti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Ruanda millisinin hücumçusu olan Nşuti 10 qarşılaşmada 2 qola imza atıb.
Qeyd edək ki, “Səbail” daha öncə Mirabdulla Abbasov və Marko Nikoliçi də heyətinə qatıb.