“Səbail”dən yeni transfer
“Səbail” heyətinə yeni futbolçu cəlb edib. Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
“Şamaxı”dan ayrılan İlkin Muradovla 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 28 yaşlı oyunçu 2022/2023 mövsümündə “Səbail”in heyətində 13 oyunda meydana çıxıb.