“Səbail”dən növbəti transfer
“Səbail” 2025/2026-cı illər mövsümü üçün növbəti transferini həyata keçirib.
1-ci Liqa təmsilçisi Səbayıl Bağırov heyətinə qatıb.
30 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Səbayıl Bağırov ötən mövsüm “Şamaxı”nın formasını geyinib.












