“Səbail”dən minimalhesablı qələbə
Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları keçirilir. “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Hesab ilk hissənin sonunda açılıb. Pedro Nuno 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İkinci yarıda tərəflərin səylərinə baxmayaraq hesab dəyişməyib – 1:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.