“Səbail”dən ev qələbəsi
Azərbaycan Premyer Liqasında IX tur davam edir. Bu gün daha bir matç baş tutub.
“Səbail” “Şamaxı”nı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Oyunda hesabı Qorka Larruça açıb. Ardından meydan sahibləri daha bir dəfə fərqlənib. Madi Qeuta komandasına qələbə gətirən qolu vurub – 2:0.