“Səbail”dən böyükhesablı qələbə

“Səbail”dən böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında VI tur davam edir. Turun ikinci günü Gəncədə başlayıb.

“Kəpəz” oz meydanında “Səbail”i qəbul edib. Qonaqlar Yusif Nəbiyevin erkən qolu ilə hesabı açıb. Fasiləyədək bakılılar fərqi artırıblar. Valdemar Almeyda ikinci qolun müəllifi olub.

Qərblilər məğlubiyyətdən qaçmağa çalışsa da, daha bir top buraxıb. Aleksandr Ramalinqom meydan sahiblərinin qapısına yol tapıb. O, bombardirlər yarışında da vahid lider olub. “Səbail” səfərdən böyükhesablı qələbə ilə ayrılıb – 3:0.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

1Zirə65016-215
2Səbail631211-910
3Turan Tovuz53029-69
4Neftçi52215-38
5Qarabağ52127-57
6Sumqayıt52127-57
7Araz-Naxçıvan52126-77
8Sabah41126-54
9Kəpəz61143-94
10Qəbələ51042-113

Bombardirlər: Aleksandr Ramalinqom (“Səbail”) – 4 qol, Martin Petkov (“Turan Tovuz”) – 3 qol

ETOPAZ

Əvvəlki yazı

Ən erkən “qrımızı”lar: Zebli 3-cü oldu

Növbəti yazı

Salah 200-ü keçdi