“Səbail”dən əzmkar qələbə

“Səbail”dən əzmkar qələbə

Azərbaycan Premyer Liqasında XII tura start verilib. İlk oyun günündə bir matç baş tutub.

“Səbail” öz meydanında “Turan Tovuz”la qarşılaşıb. Görüşdə hesabı qonaqlar açıblar. Otto Con birinci hissənin ortalarında fərqlənib.

Bakılılar fasilədən dərhal sonra bərabərlik qoluna imza atıblar. Rüfət Abdullazadə qonaqların qapısına yol tapıb.

Matçın sonlarında “Səbail” qələbə qolunu da vurub. Aleksandr Ramalinqom penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin zərbə zamanı xəsarət alan futbolçu oyunu sonadək davam etdirə bilməyib. 2:1 hesablı əzmkar qələbə qazanan “Səbail” bununla da liderliyə şərik olub.

Qeyd edək ki, tura noyabrın 5-də yekun vurulacaq.

1Zirə1163211-721
2Səbail1263321-1821
3Qarabağ1162321-1020
4Araz-Naxçıvan1162315-1120
5Neftçi1143411-1015
6Turan Tovuz1243519-1515
7Sumqayıt1143410-1315
8Sabah1134415-1413
9Qəbələ112277-208
10Kəpəz111375-176

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 8 qol, Aleksandr Ramalinqom (“Səbail”) – 6 qol

ETOPAZ

Əvvəlki yazı

Kasemiro bir neçə həftəni buraxacaq

Növbəti yazı

Şventek finalda