“Səbail”də yeni müqavilə
“Səbail” Yusif Nəbiyevlə bağlı qərarını verib. Klub onunla müqavilə müddətini artırıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. 26 yaşlı futbolçu ilə 1 illik anlaşma əldə olunub. Müdafiəçi 2023-cü ilin yayından etibarən “dənizçilər”in formasını geyinir. Nəbiyev ötən mövsüm komandanın heyətində Azərbaycan Premyer Liqasında 34, Azərbaycan Kubokunda 3 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 5 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.