“Səbail”də iki yeni futbolçu
“Səbail” heyətini daha 2 futbolçu ilə gücləndirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda gənc oyunçular – yarımmüdafiəçi Gülağa Əsədov və qapıçı Əlirza Müştəbəzadə ilə müqavilə imzalayıb.
Qeyd edək ki, “Səbail” Türkiyədə təlim-məşq toplanışı keçir.