“Səbail” sonuncu pillədən qurtuldu

“Səbail” sonuncu pillədən qurtuldu

Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilir. “Səbail” “Qəbələ”ni qəbul edib.

Görüş qarşılıqlı hücumlarla keçib. Hesab ilk hissədə açılıb. Ramon Maçado qonaqları sevindirib. Meydan sahiblərinin buna cavabı ikinci yarıda gəlib. Mirabdulla Abbasov fərqlənib. Çox keçmədən “dənizçilər” hesabda önə keçib. Matiya Lyuyiç “Səbail”də qol hesabını açıb. Oyunda son nöqtəni isə Ramon Maçado qoyub. Braziliyalı dublunu rəsmiləşdirib. Görüş bu hesabla başa çatıb – 2:2.

Qeyd edək ki, tura fevralın 27-də yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”də ciddi itki

Növbəti yazı

Premyer Liqa klubunda yeni müqavilə