“Səbail” son pillədən qurtuldu
Azərbaycan Premyer Liqasında XX turun ikinci günü start götürüb. Günün ilk görüşü “ASCO Arena”da baş tutub.
Çempionatın autsayderləri “Səbail”lə “Kəpəz” vacib xallar üçün meydana çıxıblar. Görüşün taleyini erkən qol həll edib.
11-ci dəqiqədə fərqlənən Madi Queta Bakı klubuna qələbə qazandırıb. Bununla da xallarının sayını 15-ə çatdıran “Səbail” sonuncu pilləni tərk edib. 14 xala malik “Kəpəz” 10-cu yerə düşüb.
Qeyd edək ki, daha bir matçı bu gün keçiriləcək tura sabah yekun vurulacaq.