“Səbail” “Qarabağ”ı məğlub etdi

“Səbail” “Qarabağ”ı məğlub etdi

Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub. Son matçda “Səbail” “Qarabağ”ı qonaq edib.

Görüş ağdamlıların üstünlüyü ilə başlayıb. 3-cü dəqiqədə Hamidu Keyta hesabı açıb. Lakin meydan sahibləri özündə güc taparaq oyuna bərabərlik gətirib. Aleksandr Ramalinqom 18-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. O, 41-ci dəqiqədə daha bir qol vuraraq dublunu rəsmiləşdirib – 2:1. İkinci hissədə komandaların səylərinə baxmayaraq hesab dəyişməyib.

ETOPAZ

Əvvəlki yazı

Eriksen Anrini geridə qoydu

Növbəti yazı

Ramos üçün “Sevilya” variantı