“Səbail” “Qəbələ”yə rəqib oldu

“Səbail” “Qəbələ”yə rəqib oldu

Azərbaycan kubokunda 1/4 finalın cavab görüşlərinə start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub.

“Qəbələ” “Qarabağ”ı qəbul edib. Gərgin keçən matçda bir qol vurulub. 71-ci dəqiqədə Ramon Maçadonun qolu “qırmızı-qaralar”a qələbə qazandırıb. İlk matçda 2:2 hesablı bərabərlik qeydə alındığından bu qalibiyyət “Qəbələ”ni yarımfinala daşıyıb.

Digər matçda isə “Sabah” “Səbail”i qonaq edib. Bu görüşdə də bir qol qeydə alınıb. “Dənizçilər” Qoba Zakpanın vurduğu topla qələbə qazanıb. İlk matçda da “Səbail” qalibiyyət əldə etmişdi – 3:2.

Beləcə, yarımfinalın ilk cütü bəlli olub. “Səbail” “Qəbələ”yə rəqib olub.

e-Topaz

Əvvəlki yazı

“Qarabağ”ın seriyası qırıldı

Növbəti yazı

Sabitzer İtaliya yolunda