“Səbail” “Kəpəz” matçının saatı dəyişdirildi

“Səbail” “Kəpəz” matçının saatı dəyişdirildi

“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı üçün Azərbaycan Premyer Liqasının XIV turunun  oyun cədvəlində dəyişiklik edilib. Belə ki, “Səbail”in müraciəti əsasında “Kəpəz” PFL tərəfindən məlumatlandırılıb və  əvvəlcədən 18:30-da başlanması nəzərdə tutulan oyunun 14:00-da  başlanmasına  qərar verilib.

Bundan əlavə, təşkilati məsələlər  ilə bağlı 16-cı turun “Zirə”  – “Araz Naxçıvan”  oyununun startı 18:00-dan 17:00-a keçirilib.

ETOPAZ

Əvvəlki yazı

Söyüncü Türkiyə yolunda

Növbəti yazı

“İnter”də yeni müqavilə