“Səbail” 1/4 finala vəsiqə qazandı

“Səbail” 1/4 finala vəsiqə qazandı

Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. Bu gün ilk matç Bayılda baş tutub.

“Qaradağ Lökbatan” “Səbail”i qəbul edib. Görüş qonaqların üstünlüyü ilə keçib. Hesab ikinci yarıda açılıb. Emin Rüstəmov fərqlənib. Matçda son nöqtəni isə Nihad Quliyev qoyub – 2:0.

Qeyd edək ki, “Səbail”in 1/4 finaldakı rəqibi “Qəbələ” – “Qarabağ” cütünün qalibi olacaq.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan Basketbol Liqasının oyunları 2 telekanalda

Növbəti yazı

Günün kuponu – 04.12.2024