Ruud Stokholm çempionu oldu
Kasper Ruud Stokholm turnirinin çempionu olub. O, finalda Uqo Umberi məğlub edib.
6:2, 6:3 hesabı ilə yekunlaşan görüş 1 saat 8 dəqiqə davam edib.
26 yaşlı norveçli bu qələbə ilə karyerasında ATP turnirlərində 14-cü, cari ildə isə ikinci titulunu qazanıb.
Qeyd edək ki, turnirin mükafat fondu 706 850 avro olub.












