Rusiyalı yarımmüdafiəçi “Turan Tovuz”da
“Turan Tovuz” qış fasiləsində ilk transferini həyata keçirib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Anton Kraçkovski qərb təmsilçisinin şərəfini qoruyacaq. Rusiyalı yarımmüdafiəçi komandada icarə əsasında çıxış edəcək. Antonla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Mahaçqala “Dinamo”suna məxsus 22 yaşlı futbolçu Qazaxıstan təmsilçisi “Kayrat”da da legioner həyatı yaşayıb.