Runi istefaya göndərilib

Runi istefaya göndərilib

İngiltərə Çempionşip təmsilçisi “Plimut”da ayrılıq yaşanıb. Komandanın baş məşqçisi Ueyn Runi vəzifəsini tərk edib.

Tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam veriblər. Runi birlikdə köməkçiləri Mayk Felan, Saymon Ayrlend də komandanı tərk ediblər. Klubdan yayılan açıqlamada 39 yaşlı mütəxəssisə gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Plimut” son 10 oyunda qələbə qazana bilməyib. Komanda 23 oyundan 18 xalla sonuncu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 01.01.2025

Növbəti yazı

Mbappe ən yaxşı seçildi